Qaxda həmyerlisini bıçaqlayıb qaçan şəxs saxlanılıb

Qaxda həmyerlisini bıçaqlayıb hadisə yerindən qaçan şəxs saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə törətməkdə şübhəli sayılan, 1985-ci il təvəllüdlü Vüqar Firuddin oğlu Mustafayev Qax Rayon polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, oktyabrın 30-dən 31 keçən gecə rayonun Qaxbaş kənd sakini 1982-ci il təvəllüdlü Ruslan Mahmud oğlu Mustafayevlə Vüqar Mustafayev arasında şəxsi münasibətlər zəminində dava yaranıb. Dava zamanı Vüqar Mustafayev üzərində olan bıçaqla Ruslan Mustafayevin qarın boşluğundan bıçaqlayıb hadisə yerindən qaçmışdı. Ruslan Mustafayev Qax Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.
apa
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












