Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan şəxs təxliyə edildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax rayonu, İlisu kəndində 1 nəfərin qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.
***
Qax rayonunda qayalıq ərazidə turist yıxılıb, hazırda onun təxliyəsi həyata keçirilir
Hadisə Qaxın mərkəzindən 20, İlisu kəndindən isə 7 km məsafədə yerləşən "İlisu Dağ Hamamı" adlanan ərazidə baş verib.
Yaralı olduğu ehtimal olunan turistin təxliyəsi üçün Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.
Hazırda xilasetmə işləri davam edir. (report)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO















