Qayda pozan xanımla sürücülər arasında dava: “Əcəb edirəm - Qələt edirsən” - VİDEO

Dayanma-durma qaydasına məhəl qoymayan sürücü qəza şəraiti yaradıb.
Avtosfer.az xəbər verir ki, qayda pozuntusu Səbail rayonunun Həsən Seyidbəyli küçəsində qeydə alınıb. Avtomobilin videoregistratoruna düşən görüntüdən aydın olduğu kimi, 77-FN-997 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. Belə ki, avtomobilini avtomobil yolunda saxlayan xanım sürücü onun arxasıyca hərəkət edən maşının idarəçisini qəzəbləndirib. Yolu tutaraq qəza şəraiti yaratdığını bildirən sürücüyə qayda pozan qadın “Mən burada yaşayıram. Əcəb edib saxlayıram” deyərək cavab verib. Xanımın ifadələrindən qəzəblənən sürücü onunla söz savaşına girməyə başlayıb və “Qələt edirsən. Sənin məhləndisə o zaman yolu bağla” deyə bildirib. Daha sonra taksi xidmətiylə məşğul olan “Toyota Prius” markalı avtomobilin sürücüsü də dialoqa daxil olub. Avtomobillərindən düşən sürücülər xanımla mübahisələrini davam etdiriblər.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












