Qayınatasını bıçaqlayan kişi ailəsindən pul alıb keçmiş arvadını öldürdü - VİDEO

Kişi boşandığı həyat yoldaşını işlədiyi gözəllik salonunda qətlə yetirib.
Belə ki, Ayşə Mahirlə (Adlar şərtidir) boşandıqdan sonra Bakıya gələrək gözəllik salonlarından birində işləməyə başlayır. Mahir isə davamlı olaraq Ayşəyə zəng edib bir gün ayrıldıqlarına görə cavab verəcəyini deyir.
Mahir Ayşənin iş yerinə gələrək onunla danışmaq istəyir. Ayşə isə Mahirə boşandıqlarını xatırladaraq onu bir də narahat etməməsini söyləyir.
Şəhər kənarındakı hostellərin birində qalan Mahir bir gün sonra Ayşəni yenidən görmək üçün onun işdən çıxma vaxtının çatmasını gözləyir.
Ayşə işdən çıxan kimi boşandıqdan sonra tanış olduğu Ruslan adlı oğlanla görüşüb restorana gedir. Burada söhbət edərkən Mahir onları izləyir. Ağlına müxtəlif fikirlər gələn Mahir Ruslanla Ayşə barədə düşünərək psixoloji vəziyyətinə nəzarət edə bilmir.
Səhər saatlarında Mahir Ayşənin yaşadığı evə yollanaraq işə gedərkən yenidən onu izləməyə başlayır. Daha sonra Ruslanla Ayşənin görüşdüyünü, qucaqlaşdığını görür. Onlara yaxınlaşmaq istəsə də, buna cəsarət etmir.
Sonra Mahir gözəllik salonuna girərək bıçaqla Ayşənin üstünə doğru gəlir. Ayşə qaçmağa çalışsa da, bu, mümkün olmur. Mahir çoxlu bıçaq zərbələri endirərək onu qətlə yetirir. (oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












