Qayınatasını və arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə məhkəmə keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Fərid Bağırov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edə ki, hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllı qəsəbəsində baş verib. Fərid Bağırıov küçədə qayınatası Hüseyn Əhmədova vintaçanla xəsarət yetirib. Daha sonra təqsirləndirilən şəxs evə gələrək arvadı Əfsanə Bağırovaya xəsarətlər yetirib. İş üzrə zərərçəkmiş qismində tanınan Hüseyn Əhmədov şəhid atasıdır. Fərid Bağırova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












