Qəbələ sakinlərindən ov tüfəngləri götürülüb, 11 nəfər saxlanılıb - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması, eləcə də qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinləri – Feyruz Vəliyev, Rudik Qukasov və Tofiq Nəsrullayevdən müvafiq sənədləri olmayan ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində qanunsuz ov edən 1, mülki ov silahının daşınması qaydalarını pozan 11 nəfər müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO














