Qəbələdə güclü külək ağacı yola aşırdı,avtomobillərin hərəkətinə maneə yarandı - FOTO

Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun təqribən 65-ci km-lik hissəsində yolun hərəkət hissəsinə aşan irigövdəli ağac kənarlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, yaranan problemin aradan qaldırılması üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub, aidiyyəti qurumun əməkdaşları ilə birlikdə qısa müddət ərzində ağac doğranaraq daşınıb, ərazi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
***
Qəbələ rayonunda güclü külək ağacı yola aşırıb, avtomobillərin hərəkətinə maneə yaranıb
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qəbələ şəhərində iri gövdəli ağacın avtomobil yoluna aşması ilə əlaqədar yaranan təhlükə barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağac küləyin təsirindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb.
Xilasedicilər aşmış ağacı hissələrə kəsib yoldan kənarlaşdıraraq avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
















