Qəbələdə sellə əlaqədar köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayon Laza kəndi ərazisində vətəndaşların çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Dəmiraparan çayına sel gəlməsi səbəbindən Laza kəndi, Tala adlanan ərazidə istirahətdə olan vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən, o cümlədən alpinist avadanlıqlarından istifadə etməklə unikal xilasetmə əməliyyatı həyata keçirərək çay üzərində xüsusi xilasetmə keçidi qurub təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1987-ci il təvəllüdlü Hüseynov Orxan Qurban oğlu, 1988-ci il təvəllüdlü Abbasov Elşən Eynulla oğlu, 1989-cu il təvəllüdlü Şabıyev Elşən Elxan oğlu, 1990-cı il təvəllüdlü Şirvanzadə Şakir Akif oğlu və 1990-cı il təvəllüdlü Əsədov Pünhan Süphan oğlunu çayın üzərindən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












