"Qış parkın"da yanğın zamanı yanan avtomobillərin GÖRÜNTÜLƏRİ - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında baş vermiş yanğınla bağlı növbəti dəfə məlumat yayıb.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, gecə saatlarında FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15kv.m olan dəmir konstruksiyalardan ibarət 2 ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100kv.m. sahəyə yığılmış tikinti materialları, 1 ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes-200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb. Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159mm olan qaz xətti yanğından mühafizə olunub.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












