Qonşularını öldürüb meyitini kanala atan ata-oğula - Bu cəza verildi

Saatlı rayonunda 66 yaşlı kişini qətlə yetirib meyitini su kanalına atan şəxslərin məhkəməsi yekunlaşıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qətlinə görə qonşusu 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasova hökm oxunub. Bildirilib ki, hadisə tamah niyyəti ilə törədilib. Onlar qonşuluqda yaşayan Mirhəsənlə həm də uzaq qohum olublar. Ata və oğlu əvvəldən münasibətlərinin yaxşı olmadığı Mirhəsəni maşında öldürdükdən sonra meyitini kanalın yanına aparıblar və ayağına daş bağlayaraq suya atıblar. Onlar zərərçəkmişin paltarlarını çıxardıqdan sonra şalvarının cibindəki 1500 manat pulu və ümumi dəyəri 243 manat 70 qəpik olan aksiz markası ilə markalanmamış siqaretləri quldurluq yolu ilə ələ keçiriblər. Cinayətin üstü açıldıqdan sonra meyit kanaldan çıxarılıb və hadisəni törədən şəxslər saxlanılaraq barələrində cinayət işi açılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsi Elşadla Elçini Cinayət Məcəlləsinin tamah niyyəti və quldurluqla adam öldürmə maddələri ilə təqsirli bilib.
Hökmə əsasən, Elşad Abbasova 18 il 6 ay, oğluna isə 15 il həbs cəzası verilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












