Qonşusunu, onun qaynını və qayınanasını baltalayan şəxs saxlanıldı

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mahir Səlimovun (soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin (CM) xuliqanlıq maddəsindən CM-in qəsdən sağlamlığa yüngül zərər vurma maddəsinə tövsif edilib və Mahir Səlimov 1000 manat cərimə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.
İttihama görə, hadisə 22 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb.
Belə ki, Mahir Səlimov evinin qarşısında, yəni evinin damında navalça olmadığına görə yağış sularının həyətinə axdığını ona irad bildirən qonşusu, zərərçəkmiş Saleh Əliyevlə (şərti) mübahisə edib. Sonra o, qonşusuna zor tətbiq edərək, zərərçəkmiş şəxsin sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə vurub. Mahir həmin vaxt ora gələn Salehin qohumları - qayınanası Zəminə Zamanova (şərti) və onun oğlu Dəmir Zamanovun (şərti) da sifət nahiyələrinə qəsdən yumruqla bir dəfə zərbə endirib. Daha sonra o, evindən götürdüyü balta ilə onların üzərinə hücum edərək həmin şəxslərə xəsarət yetirib.
Hadisədən sonra Mahir Səlimov cinayət məsuliyyətinə cəlb edilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












