Qulağı qoparılan sahibkar da - Həbs olundu

Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad Əliyevin də məhkəməsi keçirilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə “Həsənoğlu Market”in sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 2 il 3 ay həbs cəzası verilib. Nihad məhkəmə zalındaca qandallanıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Nihadla dalaşan Kürdəmir rayon Sor-Sor kənd sakini 43 yaşlı Cavad Rüstəmova (soyadlar şərtidir) da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay həbs cəzası alıb.
Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən “Həsənoğlu Market”in qarşısında baş verib.
Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Nihad ona irad bildirərək hücum edib. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad qulağını xəstəxanaya apararaq tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












