Təyyarədə sərnişin digərinə çəngəllə hücum etdi - FOTO - VİDEO

Rusiyanın “Aeroflot” şirkətinin Banqkokdan Moskvaya uçan təyyarəsində sərnişin qarşısında oturana metal çəngəllə hücum edib və müxtəlif yerlərinə batırmağa başlayıb.
Buna səbəb qarşısında oturan sərnişinin oturacağı tərpətməsi və yelləməsi, ona rahat yemək yeməyə imkan verməməsi olub.
35 yaşlı Xabarovsk sakini Aleksey Fursov uzun uçuş zamanı rahat yemək yeməsi üçün masanı açıb. Amma qarşı oturacaqdakı sərnişin daim hərəkət etdiyi və masanı silkələdiyi üçün Fursov yeməyini yeməkdə çətinlik çəkib. Bu zaman Aleksey Fursov əsəbiləşib, çəngəli götürüb və var gücü ilə digər sərnişinə batırmağa başlayıb. Çiynindən, sinəsindən və kürəyindən üç zərbə vurmağı bacarıb.
“Düşündüm ki, çəngəli batıracağam və şar kimi partlayaraq yox olacaq”, - deyə o, hərəkəti ilə bağlı açıqlama verərkən bildirib.
Uçuş bələdçiləri çəngəli onun əlindən alıblar, əllərini bağlayaraq plastik qandallar taxıblar və Şeremetyevo hava limanına endikdən sonra polisə təhvil veriblər.
oxu.az
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












