Rusiyada insanları oğurlayaraq “qul” kimi satan erməni ələ keçdi - FOTO

Rusiyanın Stavropol diyarında “quldarlıq”la məşğul olan Vasili Yurin və əlbir olduğu Armen Akopyan saxlanılıblar.
Məlumata görə, onlar insanları oğurlayır və kölə kimi işlədirmişlər.
Bildirilir ki, 71 yaşlı Yurin 2021-ci ildən bu işlə məşğul olur. Həmin illərdə o, təsərrüfat işləri ilə məşğul olmaq üçün “qul”lar axtarıb və bu iş üçün Armen Akopyana (şəkildə solda) müraciət edib.
Armen sosial şəbəkələr vasitəsilə fermada işləyən, atları və inəkləri idarə etməyi bacaran yaroslavllı birini tapıb (sağda silahla şəkil).
![]()
O, 29 yaşlı gənci güdərək küçədə hücum edib və zorla maşına mindirib. Sonra onu Yurinin bağına gətirərək 12 min rubla (209 manata) satıb.
Məlum olub ki, 29 yaşlı gəncdən başqa, Vasili Yurin digər vasitəçilərlə özünə 43 yaşlı kişi və 48 yaşlı qadını 8 min rubla (139 manat) “alıb”. Sonda o, 54 yaşlı “qul” üçün 15 min (261 manat) ödəyib, lakin müstəntiqlər sövdələşməni pozublar. Hazırda “quldar” Yurin ev dustaqlığındadır. Ona və əlbir olduğu Akopyana qarşı “Mütəşəkkil dəstə tərəfindən insan alveri” maddəsi ilə cinayət işi açılıb.
Akopyan saxlanılıb və tezliklə barəsində həbs-qətimkan tədbiri seçiləcək. Yurinin ikinci köməkçisi İvan artıq həbsdədir. (Oxu.az)
1 aydır itkin düşən qadın İmişlidə tapıldı - FOTO - YENİLƏNİB
Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - VİDEO
Məşhur musiqiçinin itkin düşən oğlu ölü tapıldı - FOTOLAR
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar - VİDEO
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşına höküm oxundu - 5 il 6 ay
Sarayda müəllim şagirdi vurub? – AÇIQLAMA - FOTO
Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb - VİDEO
Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri ÖLDÜ - FOTO
Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü










