Rusiyada saxlanılan soydaşlarımızla bağlı qərar verildi - FOTO

Sverdlovsk vilayət məhkəməsi qətldə iştirakda ittiham olunan Ayaz Səfərov, Bakir Səfərov və Kamal Səfərovu 29 dekabradək həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat yayıb. Bundan başqa, həbsindən şikayət verməyən Məzahir Səfərov da 29 dekabradək İstintaq Təcridxanasında qalacaq. 24 noyabrda Sverdlovsk vilayət məhkəməsi səs-küylü cinayət işi üzrə digər şəxslərin — Əziz Abasov, Əhliman Gəncəyev, Şahin Lalayev və Akif Səfərovun apellyasiya şikayətlərini araşdırmalı idi. Lakin məhkəmə kartotekasına əsasən, iclasın təxirə salınmasına səbəb onların lazımi qaydada xəbərdar edilməməsi olub.
Qeyd edək ki, istintaqın versiyasına görə, Azərbaycan əsilli şəxslər 2001, 2010 və 2011-ci illərdə yerli sahibkarların qətlə yetirilməsi və onlara sui-qəsddə iştirak ediblər. Şahin Lalayev, Kamal Səfərov və Əziz Abasovun daxil olduğu iddia edilən qrupun üzvləri bu ilin yayında həbs olunublar. Onlar özlərini təqsirli bilmirlər. Bundan əlavə, həbs olunanlar arasında Əhliman Gəncəyev, Bakir Səfərov və qardaşlar Məzahir, Akif və Ayaz Səfərovlar da var. “Kommersant”ın məlumatına görə, əməliyyat çərçivəsində ümumilikdə 14 azərbaycanlı saxlanılıb, onların bir qismi sonradan sərbəst buraxılıb, iki nəfər isə dünyasını dəyişib. Bundan əvvəl Yekaterinburqun Verx-İset rayon məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin 30 dekabradək həbsdə saxlanması barədə qərar qəbul etmişdi. O, qəsdən adam öldürməyə cəhddə (RF Cinayət Məcəlləsi, maddə 105, hissə 2) ittiham olunur. Onun oğlu Mutvalı Şıxlinski isə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmədə ittiham edildiyi üçün həbs edilib.

Xatırladaq ki, həbs olunan Bakir Səfərov hipertoniya xəstəliyindən əziyyət çəkir və daimi tibbi dərman təminatına ehtiyacı var. Bu barədə mediaya onun qardaşı Seyfəddin Hüseynli bildirib. “Əvvəlcə ona tibbi müayinə göstərilmirdi, lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra lazım olan tibbi yardım göstərildi və dərman verilməsinə də icazə verildi”, deyə o, əlavə edib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












