Rusiyaya girişi qadağan olunan azərbaycanlılar HƏBS OLUNDU

Rusiyada üç azərbaycanlı Rusiya-Qazaxıstan sərhədini qanunsuz keçdikləri üçün cəza alıblar.
Rusiya FSB-nin Kurqan vilayəti üzrə idarəsinin açıqlamasına görə, ölkədə qalma şərtlərini pozduqlarına və inzibati məsuliyyətə cəlb olunduğuna görə hər üçünün Federasiya ərazisinə girişi qadağan edilib.
Onlardan biri, 27 yaşlı Cəlilabad rayon sakini əvvəlcə pasport məlumatlarını dəyişərək Qazaxıstandan avtobusla Rusiya Federasiyasına Çelyabinsk vilayətinə keçməyə cəhd edib. Sərhədçilər qeyri-qanuni mühaciri nəzarət-buraxılış məntəqəsindən buraxmayıb, ona yeni cəhddə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq ediblər.
Amma o, daha iki azərbaycanlı ilə görüşüb və birlikdə fərqli bölgələrdəki keçid məntəqələrindən Rusiyaya keçməyi planlaşdırıblar.
Gecə saatlarında miqrantlar Qorbuneşnoye kəndi yaxınlığında yaradılmış nəzarət-buraxılış məntəqələrindən yan keçərək Qazaxıstan ərazisindən Kurqan vilayəti ərazisinə keçiblər. Lakin onlar burada Rusiya FSB-nin Kurqan üzrə Sərhəd İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Petuxovski rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 1 il 5 ay, 1 il 6 ay və 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökm qanuni qüvvəyə minib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












