Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Tərtər rayonunda rüşvət və dələduzluq kimi əməllərdə təqsirli bilinərək məhkum edilmiş və cəza müddətini başa vurmuş Yaşar Məhərrəmov məktəb direktoru təyin edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən il Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət vermədə iştirak) və 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il şərti cəzaya məhkum edilən Y.Məhərrəmov Elm və təhsil nazirinin əmri ilə Tərtər rayon Evoğlu kənd tam orta məktəbinə yeni direktor təyin edilib. O bu gün orta məktəbdə keçirilən tədbirlə birgə direktor kimi vəzifəsinin icrasına başlayıb.
Bildirilib ki, Y.Məhərrəmov bu məktəbdə 2006-2011-ci illərdə də direktor vəzifəsində çalışıb. O, müxtəlif vaxtlarda rayonun Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru, rayon təhsil şöbəsinin müdiri vəzifələrini də tutub.
Yaşar Məhərrəmov açıqlamasında barəsində məhkəmənin çıxardığı hökmün tələbinin artıq ödənildiyini bildirib. O, Təhsil Haqqında Qanunun 36-cı maddəsinə əsasən, müəyyən edilmiş hallarda cəzası ödənilmiş şəxsin sonradan pedaqoji fəaliyyətə davam etməsinin mümkün olduğunu vurğulayıb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












