Sabiq vəzifəli şəxsdən bacısına ittiham: “Mənim hörmətimə Kürdəxanıda qızıl balıq yeyirdin”

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun məhkəməsi yekunlaşmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə sənədlərin tədqiqi mərhələsi keçirilir.
Budəfəki prosesdə A.Əliyevanın yazdığı, iş materiallarına daxil olan ərizə elan olunub.
Ərizədə yazılıb ki, eks-bələdiyyə sədri həbs edilməzdən bir müddət əvvəl, istintaqın gedişindən narazı qaldığı üçün intihara cəhd edib.
A.Əliyeva deyib ki, əsassız olaraq ittiham edildiyi üçün intihar məqsədilə özünü dənizə atmaq istəyib.
Təxminən 50 dəqiqə davam edən prosesdə iş üçün əhəmiyyət kəsb edən daha bir neçə sənədə baxış keçirilib.
Proses boyu müşahidə edilən əsas məqam isə birgə ittiham olunan bacıların bir-birinə soyuq münasibət göstərməsi olub.
İclasın sonunda məlum olub ki, bu aralar bacıların münasibəti heç də yaxşı deyil.
A.Əliyevanın bacısına əsəbi halda dediyi sözlərdən aydın olub ki, bacısı ev dustaqlığına buraxıldıqdan sonra onunla soyuq davranır, onu görmək üçün cəzaçəkmə müəssisəsinə gəlmir:
“Mənim hörmətimə Kürdəxanıda qızıl balıq yeyirdin. Hamısı mənə görə idi! Yeddi ay içəridə qaldın, özün hər şeyi gördün. Bütün işlərdə sən də mənimlə olmusan, ağlını başına yığ! Meymunun boğazına su dolanda balasını ayağının altında qoyur. Məni o həddə çatdırma!”
İ.Turkut gülümsəyərək bacısını sakitləşdirməyə çalışıb, cümə günü cəzaçəkmə müəssisəsinə gedəcəyinə söz verib.
İş üzrə növbəti proses iyulun 18-də keçiriləcək.
Qeyd edək ki, Aytac Əliyeva və bacısı İlknur Turkut 2021-ci ildə həbs ediliblər.
A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunurlar.
A.Əliyeva həbsdədir. İ.Turkut isə ibtidai istintaqın sonunda ev dustaqlığına buraxılıb.
“Toyota”nın keçmiş direktoru vəfat etdi
Uçuşda 24 nəfər yaralanmışdı - Pilot marixuana çəkibmiş - VİDEO
Rusiyada şarjda olan avtomobil alışıb yandı - VİDEO
Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu
Tiktoker "Bəniz"in həyat yoldaşının cəsədi tapıldı - Türkiyədə
Bir ildir axtarılan qadının meyiti öz həyətindən çıxdı: OĞLU ÖLDÜRÜBMÜŞ - RƏSMİ
28 saat yatmayan sürücü məhkəməyə verildi
Gecə saatlarında “BYD” alovlanıb yararsız hala düşdü - VİDEO










