Sabiq zastava rəisi məhkəmə zalında həbs edilib

Bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi kapitan Mahmud Səfəralıyev barəsindəki qərardan Hərbi Prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Hərbi prokurorluğun protesti təmin edilib və Mahmud Səfəralıyev barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ittihama görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb. H.H. bu il noyabrın 15-də intihar edib.
Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.
Cəlilabad Hərbi Məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etməyib. Saxlanılan kapitan azadlığa buraxılıb.
Hərbi Prokurorluq M.Səfaralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə alaraq, qərardan apellyasiya şikayəti verib.
Cəlilabad Hərbi Məhkəməsindən bildirilib ki, noyabrın 27-də məhkəmədə Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Səfəralıyev Mahmud Hikmət oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilib, M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEO
Masazırda kanalizasiya problemi: Çirkab su küçəyə axdı - VİDEO
Borca görə avtomobilin nömrəsini oğurlayan şəxs HƏBS EDİLDİ
Yüzlərlə kartdan pul oğurlayan iki gənc həbs olundu - ŞOK ƏMƏLİYYAT - VİDEO
Prospektdə təhlükəli anlar: Piyadalar yolu “öz bildikləri kimi” keçdi - VİDEO
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - FOTO - YENİLƏNİB
Tuneldə ağır qəza; maşın 17 qoyunu tələf etdi - VİDEO
Biləcəridə illərdir dəyişməyən mənzərə: Yol problemi həllini tapmır - VİDEO
İşıqforu saymayan piyada sürücüləri çətin vəziyyətə qoydu - VİDEO
Bakıda kameranın altında avtomobillərdən oğurluq edənlər tutuldu - VİDEO










