Şahin Şıxlınskiyə yekun ittiham elan olunub - İşi aparan və ifadə verənlər ermənilərdir

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Şahin Şıxlinski barədə cinayət işi üzrə ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli A.S.Karapetyan alıb.
Maraqlıdır ki, 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.
"İstintaq materialları ilə tanış olan zaman Şahin Şıxlinski barədə cinayət işinin birtərəfli və qərəzli aparıldığı, ona qarşı irəli sürülən ittihamlarda kifayət qədər ziddiyyətli məqamların mövcud olduğu görülür", - deyə Rusiyadakı mənbə bildirib.
Qeyd edək ki, Şahin Şıxlınski barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə), həmçinin sifarişli qətlə cəhd maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itiriblər. Onların qohumları və digər bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Bu şəxslərə qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərə görə ittihamlar irəli sürülüb.
Eyni zamanda, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski iyulun 2-də saxlanılıb. Hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşları Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsiblər və zor tətbiqi ilə onu və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar. Mutvalı Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra azad edilib.
Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












