Azərbaycanda polis əməkdaşı qohumunu güllələdi, sonra özünü öldürmək istədi - YENİLƏNİB

Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
***
Şamaxıda polisin qohumunu güllələyərək qətlə yetirməsinin təfərrüatları məlum olub.
Hadisə Şamaxı Rayon Polis Şöbəsində baş verib.
Belə ki, münaqişə zamanı 33 yaşlı Manafov Saday Əlismayıl oğlu xidməti silahı ilə bibisi oğlu 44 yaşlı Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirib. Bundan sonra S.Manafov intihara cəhd etsə də, polis əməkdaşlarının ayıq davranması ilə intiharın qarşısını alınıb və o, saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub.
Qətlə yetirilən Rəfail Feyzullayevin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.
Hazırda faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırmalara başlanılıb. (report)
***
Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.
O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












