Samuxda avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az a verilən məlumata görə, rayon sakini, Yusif Hüseynov idarə etdiyi “QAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.
Həmin sürücünün avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə Y.Hüseynov 15 sutka inzibati qaydada həbs olunub.
Bundan başqa, bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlər nəticəsində atmosferə normadan artıq ixrac qazları buraxan 20-yə yaxın avtomobil sahibi barəsində qanunamüvafiq tədbir görülüb.(Report)




Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu
Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi - VİDEO
Yaşayış kompleksində park edilmiş “Hyundai” bir anda alova büründü - VİDEO
Heyvanlardan qazanc əldə edən “Bio Garden”də itlər acınacaqlı vəziyyətdədir - VİDEO
Kürdəmirdə sürücü avtomobillə iti vurdu; sürüb qaçdı – VİDEO












