Sədərəkdə avtomobil yanıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Sədərək kəndi ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "Volqa” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar və sürücü panelinin bir qismi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
***
Sədərək rayonunda minik avtomobili yanıb.
Avtosfer.az xəbər verir ki, yanğın Sədərək rayonunun Sədərək kəndində qeydə alınıb.
Dərhal hadisə yerinə Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub, minik avtomobilində yanğın dərhal söndürülüb.
apa
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













