Şəhid oğlu və qazi Xəzərdə batdı - FOTO - YENİLƏNİB

Xəzər dənizində batan balıqçıların kimliyi məlum olub.
Avtosfer.az "Bizim.media"ya istinadən xəbər verir ki, onlar Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.
Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.

***
saat 10:30
Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batmaları barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Havanın qaralması səbəbindən axtarışlar axşam saatlarında müvəqqəti dayandırılıb.
Küləkli hava şəraiti və dənizin dalğalı olması axtarış işlərini çətinləşdirsə də FHN-in dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən yenidən axtarışlara başlayıb. Eyni zamanda, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə baş vermiş ərazinin yaxınlığındakı sahil məntəqələrində xidmət aparan şəxsi heyəti də axtarışlar aparır.
Əlavə məlumat veriləcək.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












