Səhvən girdiyi yolda 4 nəfərin həyatını xilas etdi

ABŞ-ın Ayova ştatının sakini yolda səhvən dönərək yanğın görüb və yanan evdən 4 nəfəri xilas edib.
Avtosfer.az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.
Brendon Birt gecə Red-Ouk şəhərində maşın gedib və qaranlıqda səhv dönmə edib. Kişi görüb ki, fərdi evlərdən birində yanğın başlayıb. "Fikirləşdim ki, evdə kimsə olmalıdır, çünki gec idi. Tez hərəkət etməli olduğumu bilirdim", - deyə kişi xatırlayıb. Amerikalı pəncərələri döyüb qışqırmağa başlayıb: "Yanğın!"
Birt hər saniyədə alovun daha da gücləndiyini söyləyib. Tezliklə 8, 14 və 17 yaşlı üç uşaq küçəyə qaçıblar. Bu zaman artıq binanın eyvanını alov bürüyüb. Onların arxasınca 22 yaşlı qardaşı atılıb. Birt deyib: "Onlar qaçıb xilas olanda mən az qala göz yaşlarına boğulacaqdım".
Sonradan məlum olub ki, evdə yanğın siqnalizasiyası quraşdırılıb, amma işə yaramayıb. Kirayəçiləri ayıldan Birtin döyməsi və qışqırması olub. Hadisə zamanı uşaqların valideynləri evdə olub. Xilas edilənin anası Tender Leman Birtə çox minnətdar olduğunu bildirib. "Uşaqlarım özbaşına çölə çıxmazdılar. Onun sayəsində sağ-salamat yaşayırlar. O, onların həyatını xilas etdi", - o vurğulayıb.
Yanğın nəticəsində ailənin 7 itindən beşi ölüb, ev tamamilə yanıb. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
Milli.Az
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












