Şəki sakinləri toyda qidadan zəhərlənib

Şəkidə keçirilən toy məclisində qidadan zəhərlənmə baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün Baş Göynük kənd ərazisində keçirilən toy məclisində baş verib. Rayonun Baş Göynük kənd sakinləri - 1961-ci il təvəllüdlü Səyarə İbrahim qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Sürayə Həsən qızı Cəfərova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1958-ci il təvəlllüdlü Hidayət Həsən oğlu Aydəmirov və 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşən Baş Göynük kənd sakinləri ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












