Səkilərdə piyadaların yolunu kəsən “dəmir yığını” - FOTO

Paytaxtın əksər küçələrində səkilər avtomobil, dayanacaq, obyekt və s. tərəfindən zəbt olunmasını tez-tez müşahidə edirik. Piyadaların təhlükəsiz hərəkəti üçün təşkil olunan səkilərdən piyadalardan başqa hamı istifadə edir.
Avtosfer.az xəbər verir ki, eyni vəziyyət "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında, Bəhruz Nuriyev küçəsində də mövcuddur.
Belə ki, səkinin kənarında məişət texnikalarının təmiri ilə məşğul olan bir neçə obyekt var. Lakin fotolarda da məişət texnikaları (yəqin ki, təmir olunmaq üçün gətirilib) səkinin üzərinə qoyulduğu əks olunub. Bu “dəmir yığını” nəinki səki, hətta yolun avtomobillərin parklanması üçün nəzərdə tutulan hissəsini də zəbt edir. Nəticədə piyadalar yolun hərəkət hissəsinə keçməyə məcbur olurlar. Bu da onların həyatı üçün təhlükə mənbəyidir. Həmçinin Bakı şəhərində ciddi tıxac problem olduğunu nəzərə alsaq, parklanma üçün nəzərdə tutulmuş hissənin zəbt olunması sıxlığı daha da artırıb, tıxaclara səbəb olacaq.
Ümid edirik ki, problem yaxın zamanda öz həllini tapacaq ki, səki və parkinqi zəbt edən “dəmir yığını” piyada və sürücülər üçün maneə yaratmasın.
Məhəbbət Tərlanoğlu
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













