Şəmkir sakinini güllələməkdə şübhəli bilinən qardaşlar saxlanılıb - YENİLƏNİB

Şəmkirdə baş verən güllələnmənin bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, güllələn Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Bu məqsədlə Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı intiqam almağa qərəra gəliblər. Ötən gün axşam saatlarında Bayramlı qardaşları əvvəlcə Zabil Aslanovun idarəetdiyi "KİA" markalı avtomobilə atəş açıb, sonra isə qardaşlardan Babək Bayramlı əlindəki dəmir parçası ilə avtomobilin şüşəsini sındırıb. Bayramlı qardaşlarının avtomobili isə "Passat" markalı minik maşını olub.
***
Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir
***
09:58
Şəmkir sakini odlu silahdan güllələnib.
APA-nın yerli bürosonun məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini 1997-ci il təvəllüdlü Aslanov Zabit Zeynal oğlu bir neçə güllə yarsı ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Vəziyyəti ağır olduğundan xəstə Gəncədə şəhərində yerləşən xəstəxanaların birinə aparılır.
Məlumata görə, Zabit Aslanov tanıdığı şəxs tərəfindən gülləlib. Faktla bağlı araşdırma aparılır.
Yanacaq qıtlığı yoxdur, amma bilet bahadır
Müəllim şagirdə xəsarət yetirdi, prokurorluq isə valideyni cəzalandırdı - FOTO - VİDEO
Piyada keçidinin sağından-solundan keçib təhlükə yaratdılar - VİDEO
Piyada özünü maşınların altına atdı - DİN dəhşətli qəzanın görüntülərini yaydı - VİDEO
“Land Cruiser”lə toqquşan “Prius” alovlandı - VİDEO
Gecə saatlarında piyadanı “Kamaz”la vurub öldürdü
1 aydır itkin düşən qadın İmişlidə tapıldı - FOTO - YENİLƏNİB
Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - VİDEO
Məşhur musiqiçinin itkin düşən oğlu ölü tapıldı - FOTOLAR
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar - VİDEO
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşına höküm oxundu - 5 il 6 ay










