Şəmkirdə qız xərçəng xəstəsi olan anasının qızıllarını oğurladı

Şəmkir rayonunda törədilmiş oğurluq hadisəsinin üstü açılıb.
Avtosfer.az bildirir ki, rayonun Çinarlı kəndində yaşayan qadın, xərçəng xəstəsi E.Məmmədova (şərti soyadlı) polisə müraciət edərək evindəki 10 min manatlıq qızılların oğurlandığnı bildirib. Məlum olub ki, qadının mənzilində mebelin daxili hissəsində saxladığı 45 qramlıq boyunbağı, üzük sırğa və digər qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.
Faktla bağlı Şəmkir RPŞ-də Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Aparılan araşdırmalardan sonra qızılların E.Məmmədovanın 1990-cı il təvəllüdlü qızı M.Məmmədova tərəfindən törədilməsi məlum olub. 3 azyaşlı uşaq anası olan 33 yaşlı qadın məsuliyyətə cəlb edilib.
İlkin olaraq M.Məmmədova törətdiyi əməli etiraf etməsə də, sonradan qızılları götürüb satdığını etiraf edib.
E.Məmmədova qzılların övladı tərəfindən oğurlanmasını biləndən sonra şikayətini geri götürüb və onu bağışladığını deyib.
Şəmkir RPŞ-də toplanmış materialları rayon məhkəməsinə göndərilib. Xəstə anasının qızıllarını oğurlayıb satan qızına 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib.(publika)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












