Sərnişin avtobusu yandı, sürücü son anda XİLAS EDİLDİ

İki fərqli bölgədə yanğın hadisəsi baş verib. Oğuz rayonunda şəhərdaxili marşrut avtobusu, tovuzda isə təmir sexi içindəki avtomobillərlə birgə yanaraq kül olub.
Yanğın qəfil başladı, alov mikroavtobusu ağuşuna aldı.
Hərəkətdə olarkən alışan maşın elə yolun ortasındaca alova təslim oldu.
Hadisə Oğuz rayonunun mərkəzində baş verib. Etibar Şükürova məxsus 1 saylı şəhərdaxili marşrut üzrə işləyən mikroavtobusu hərəkətdə olarkən qəfil od tutub. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində marşrut avtobusu tamamilə yanıb. Hadisə zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü isə yanğından xilas ola bilib.
Tovuzda isə avtomobil təmiri sexində yanğın baş verib. Hadisə şəhərin Aşıq Azaflı Mikayıl küçəsində qeydə alınıb.
İlkin ehtimala görə, qısaqapanmadan baş verən yanğın qısa zamanda təmir sexini ağuşuna alıb. Hadisə zamanı sexdə beş avtomobil olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Tovuz Yanğından Mühafizə Hissəsinin üç avtomobili və canlı qüvvəsi cəlb edilib. Ətrafdakılar və yanğınsöndürənlərin müdaxiləsi nəticəsində beş avtomobildən üçü xilas edilsə də, ikisi yanaraq külə çevrilib.
Digər avtomobillərin yanğından xilas edilməsi zamanı vətəndaşlardan biri yanıq xəsarəti alıb. Əraziyə cəlb olunan Təcili Tibbi Yardım briqadası hadisə yerində vətəndaşa ilkin tibbi yardım göstərib.
Hər iki faktla bağlı araşdırma aparılır.(Xəzərxəbər)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












