DYP-dən Bakıda sərnişin avtobusunun yanmasına REAKSİYA - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda sərnişin avtobusunun yanması ilə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, hadisə bu gün saat 13 radələrində paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, “Isuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus mühərrikində baş vermiş qısa qapanma səbəbindən alovlanıb.
Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.
***
Bakı şəhərində 46 nömrəli sərnişin avtobusunda yanğın hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görülür.
Aldığımız məlumata görə, yanğın zamanı avtobusun içərisində sərnişin olmayıb. Sərnişinlər vaxtında təxliyə olunublar.
Yanıq xəsarəti ilə bağlı məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












