Sərxoş vəziyyətdə məktəbə daxil oldu - Həbs edildi

Qəbələ rayonunun Vəndam qəsəbəsində ictimai asayişi pozmuş şəxs həbs edilib.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Pərvin Məmmədov xuliqanlıq əməli ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.
Belə ki, 34 yaşlı şəxs 3 gün əvvəl sərxoş halda Vəndamdakı çayxanalardan birinə daxil olaraq orada çay içən şəhid atası Ə.Z. ilə zarafat edib. Daha sonra o, şəhid atası ilə mübahisə etməyə, söyüş söyməyə başlayıb.
Qardaşı tərəfindən çayxanadan çıxarılan şəxs daha sonra hərəkətlərini idarə edə bilməyərək qəsəbənin mərkəzindəki məktəbə gedib. Sanitar qovşağa girmək üçün məktəb binasına daxil olan şəxs orada xuliqanlıq hərəkətlərinə davam edib. Məktəb direktoru və gözətçi tərəfindən qarşısı alınan şəxs uca səslə təhqiramiz ifadələr işlədib. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.
Barəsində inzibati protokol tərtib edilən Pərvin Məmmədova Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası verilib. (qafqazinfo)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












