Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar - Həbs edildi

"TikTok”da qeyri-etik paylaşımlara görə 2 qadın həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 28 yaşlı A.Bayramova və 31 yaşlı A.Əskərli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub. Hər iki şəxsin çılpaq görüntülərinin sosial şəbəkədə yayılması, həmçinin A.Əskərlinin yaydığı videoda qeyri-etik ifadələr işlətdiyi qeyd edilib.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabunçu və Yasamal Rayon Məhkəmələrinə təqdim edilib.
A.Bayramova bildirib ki, həmin görüntüləri 2024-cü ildə Qubada olarkən sevgilisinə göndərmək üçün çəkib və sosial şəbəkələrdə özü paylaşmayıb.
A.Əskərli isə əvvəllər də oxşar əməllərə görə inzibati məsuliyyətə cəlb edildiyini deyib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə A.Bayramova 15, Yasamal Rayon Məhkəməsinin çıxardığı qərarla isə A.Əskərli 20 sutka müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












