Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan gənc həbs edildi

“Youtube” platformasında cinayəti və cinayətkarlığı təbliğ edən videolar paylaşan gənc həbs edilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə videoların bir qisminin Goranboy şəhər sakini, 20 yaşlı Uğur Qurbanov (ad soyad şərtidir) tərəfindən yerləşdirilməsi müəyyənləşib. Polis əməkdaşları onun yaşadığı ünvana gedərək şöbəyə dəvət ediblər. Bu zaman sərt formada etiraz edən gənc xuliqanlıq hərəkətlərinə yol verib. Daha sonra saxlanılaraq şöbəyə aparılan Uğur barəsində İXM-nin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polisin və ya hərbçinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə protokol tərtib edilib.
İfadə verən gənc bildirib ki, videolarını paylaşdığı şəxs onun qohumudur: “Maqa” ləqəbli qohumumun ad gününün keçirilməsi ilə bağlı sosial şəbəkədə cinayətkar aləmə dair videolar paylaşdım. Hadisə vaxt əsəbi olmuşam, əməlimdən peşmanam”.
Goranboy Rayon Məhkəməsinin çıxardığı qərarla U.Qurbanova 10 sutka həbs cəzası verilib. (publika.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












