"Söyüş söydü, mən də onu vurdum" - Əzizənin CİNAYƏT İŞİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət isinin növbəti məhkəmə prosesi keçirilib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, təqsirləndirilən Elvin Əliyevin əlavə ifadəsi dinlənilib.
O, ifadəsinda bu cinayətdən xəbəri olmadığını deyib:
“Mənim o işdən xəbərim olmayib. Mehdi deyib ki, bir nəfərlə söhbətim var gedək onu həll edək. Mehdi taksi şoferi olduğu üçün ora maşın sürüb. Orda da mübahisə zamanı Əli söyüş söydü, məndə söyüş söydüyü üçün onun ayağından vurmuşam. Zərərçəkən tərəf deyir ki, guya Əlinin evindən konum atıblar, biz də onunla getmişik. Belə olmayib; mən Əzizənin kim olduğunu bilməmişəm, heç bir sifarişdən də söhbət gedə bilməz. O söyüş söydü mənə, mən də onu vurdum”.
Prosesin gedişində tərəflər arasında mübahisə yarandığından hakimin göstərişi ilə zərərçəkənin qardaşı məhkəmə zalından çıxarılıb.
Digər təqsirləndirilən Mehdi Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsi səsləndirildikdən sonra onun hazırda olan ifadəsi və ilkin istintaq zamanı olan ifadəsi arasındakı ziddiyətin izahı tələb edildikdə, o, bunu istintaq zamanı təzyiqlərə məruz qaldığı ilə əsaslandırıb.
Daha sonra o qətllə bağlı hər hansı bir sifarisin olmadığını deyib.
Təqsirləndirilən Bəxtiyar Fərzəliyev də həmçinin ibtidai istintaqa verdiyi ifadəsini inkar edərək, digərləri kimi ona zor tətbiq olunduğunu bildirib.
Vaxt məhdudiyyəti olduğundan sənədlərin tədqiqi mərhələsi dekabrın 23-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə cəzalandırmaq istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Onu da qeyd edək ki,daha öncəki məhkəmə prosesləri zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.
Digər təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












