Söyüş söyən abituriyent həbs edilib - Sənədləri verməsinə 1 gün qalmışdı

Bu ilin iyul ayında paytaxtın Xətai rayonunda maraqlı hadisə baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yusif Səfərov küçəsində ucadan söyüş söyərək vətəndaşların narahatlığına səbəb olan gənc ərazidə xidmət aparan polisin diqqətini çəkib. Həmin gəncə sakitliyə riayət etməsi bildirilsə də, o, xuliqanlıq hərəkətlərinə davam edib və polisin qanuni tələbinə qəsdən tabe olmayıb.
Nəticədə, həmin şəxs saxlanılıb və barəsində Xətai RPİ-nin 37-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Məlum olub ki, saxlanılan şəxs 2008-ci il təvəllüdlü M.Məmmədovdur (şərti).
Onun barəsindəki protokol rayon məhkəməsinə göndərilib.
18 yaşlı gənc ifadəsində qəbul imtahanlarında iştirak etdiyini və sənədlərini təqdim etməyə hazırlaşdığını bildirib: “Universitetə sənədlərimi təqdim etmək üçün 1 günüm qalmışdı və 3*4 ölçüdə foto çəkdirməli idim. Bu məqsədlə Yusif Səfərov küçəsində fotostudiya axtarırdım. Lakin tapa bilmədim və məni oraya yönləndirən dostuma zəng etdim. Həmin vaxt uca səslə söyüş söymüşəm. Sənədləri təqdim etmək üçün 1 gün vaxtım var, xahiş edirəm məni bağışlayasınız”.
Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov 20 gün müddətinə inzibati həbsolunub.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












