Sumqayıtda ağlasığmaz OLAY: evin əşyalarını oğurlayıb dostuna HƏDİYYƏ ETDİ

Sumqayıtda qeyri-adi mənimsəmə hadisəsi olub.
33 yaşlı Nərgiz Hacıyeva (ad soyad şərtidir) 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində şəhərin 9-cu mikorayon ərazisində kirayədə yaşayıb. O, həmin evdən mənzil sahibinə məxsus dəyəri ümumilikdə 1622 manat olan əşyaları – qadın çantaları, paltarlar, adyal, qab-qacaq, suvenirlər və s. ayrı-ayrı vaxtlarda götürərək, tanışı Sevda Orucovaya (ad soyad şərti) hədiyyə kimi verib.
Bu əməllərinə görə, onun barəsində Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb və ittiham aktı təsdiq olunaraq baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.
Hakim Rövşən Xəlilov tərəfindən işə baxılması oktyabrın 13-ə təyin edilib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs Nərgiz Hacıyeva Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (Elektrok qolbaq taxmaqla) cəzasına məhkum edilib. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












