Sumqayıtda dənizdə boğulan ana və övladının meyitləri tapılıb - FOTO - YENİLƏNİB

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazi) batan 1990-cı il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və 2015-ci il təvəllüdlü Kərimov Nicat Əlvan oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində F.Kərimovanın meyiti dənizdə tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
N.Kərimovun meyiti sahildə aşkar olunub.
21:00
Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.
APA-nın xəbərinə görə, dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur.
19:45
Sumqayıtda ana və övladı dənizdə boğulub.
APA xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.
Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.
Onların meyitləri sudan çıxarılıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












