Sumqayıtda kanalda meyiti tapılan şəxsin döyülərək öldürüldüyü məlum olub - FOTO

Fevralın 4-də itkin düşmüş Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyitinin Bakı-Quba magistral yolunun kənarında aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
***
Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Bu barədə Avtosfer.az-a DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












