Sumqayıtda yataqxana binasındakı yanğın söndürüldü - VİDEO - FOTO - YENİLƏNİB

Bu gün axşam saatlarında Sumqayıtda yanğın başlayıb.
Hadisə şəhər ərazisində yerləşən kollecin yataqxanasında qeydə alınıb.
Hazırda FHN-in yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub.
FHN-dən bildirilib ki, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
***
Sumqayıtda baş verən yanğında 4 nəfər tüstüdən zəhərlənib.
***
Yanvarın 18-də Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, qurumun nümayəndələri hadisə yerindədir. (apa)
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Əlavə məlumat veriləcək.
***
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.




İçərisində 3 nəfərin olduğu avtomobil yanıb - FOTO
Bu qəsəbədəki yol sürücünü özündən çıxardı: “10 ildir asfalt vurulmur” - VİDEO
Şamaxıda qorunan ziyarətgahdakı antisanitar vəziyyət aradan qaldırıldı - VİDEO
Keçmiş ər arvadının 1,6 milyonluq maşınını oğurladı: Cinayət işi açıldı – FOTOLAR
Kiberpolis əməliyyat keçirdi; yüzlərlə vətəndaşı aldadan şəxslər saxlanıldı - VİDEO
Sabirabadda avtoxuliqanlığı təbliğ etdi - Saxlanılıb cərimələndi
Tiktoker "Murad sadə" həbs edildi
Prospektdə təhlükəli hərəkət: Sürücü motosikleti orta zolaqda qoyub getdi - VİDEO
Yolun ortasında dayanıb təhlükə yaratdılar, üstəlik sürücüyə etiraz da etdilər - VİDEO
Avtobus sürücüsünün sükan arxasında telefondan istifadə etməsi NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Metronun bu stansiyasında qatarların hərəkəti dayandı - AÇIQLAMA - VİDEO
















