“Chevrolet” sürücüsü prospektdəki kəsişmədə xidmət aparan yol polisini vurdu - VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə Dövlət Yol Polisi (DYP) əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Hadisə Mirzo Ulugbək küçəsində baş verib.
Avtosfer.az xəbər verir ki, qəza zamanı “Chevrolet Tracker” markalı avtomobilin sürücüsü sola dönmək istədikdə yolun kənarında xidmət aparan yol polisi inspektoruna çırpılıb. Güclü toqquşma nəticəsində Yol Təhlükəsizliyi Xİdmətinin YTX əməkdaşı qapalı sınıq və müxtəlif dərəcəli əzilmə xəsarətləri alıb.
Yaralı dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, vəziyyəti stabildir və həyat üçün təhlükə yoxdur. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Hadisə ilə bağlı yol kənarındakı müşahidə kameralarının görüntüləri də təhlil olunur. Sürücünün yol hərəkəti qaydalarını pozması ehtimal edilir.
Bu hadisə bir daha sübut edir ki, sürücülər yolda təkcə digər nəqliyyat vasitələri ilə deyil, piyadalar və xidmət aparan hüquq-mühafizə əməkdaşları ilə bağlı da diqqətli olmalıdırlar.
Eltac Zülfüqaroğlu
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












