Sürücünü girov götürdü, daxili işlər naziri ilə görüş tələb etdi - VİDEO

İstanbuldan 100 km aralıda avtomobil yolunun yaxınlığında tapança ilə silahlanmış naməlum şəxs yük maşını sürücüsünü girov götürüb.
O, bir neçə dəfə havaya atəş açıb və Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya ilə görüş tələb edib.
Məlumata görə, jandarm patrulu yük avtomobilini magistral yolun girişində saxlamağa çalışsa da, həmin şəxs silahla hədələyərək sürücüdən hərəkətinə davam etməsini tələb edib. Jandarm qüvvələri havaya xəbərdarlıq atəşi açaraq maşını saxlayıblar. Yolda nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə yerinə əlavə hüquq-mühafizə bölmələri cəlb olunub və kişini təslim olmağa razı salmağa çalışıblar. O, sosial şəbəkədəki hesabında canlı yayım açaraq, Daxili İşlər Nazirliyinin rəhbərindən onun başına gələn əhvalatı həll etməyi xahiş edib.
“Mən ruhi xəstə deyiləm. Məni aldatdılar, öldürmək istədilər”, - deyə o bildirib.
Silahllı şəxs nazir A.Yerlikaya ilə telefon danışığından sonra təslim olub. DİN rəhbəri ona işinin həllinə kömək edəcəyinə söz verib.
Adının Fatih olduğu açıqlanan kişi saxlanılaraq istintaq üçün Kocaeli vilayətinin təhlükəsizlik şöbəsinə aparılıb. (oxu.az)
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












