Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanıldı - FOTO

Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Elvin Vəliyev saxlanılıb.
Dindirilmə zamanı sonuncu törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, E.Vəliyev sərnişin qismində əyləşdiyi taksilərdə sürücülərdən tanışına zəng etmək adı ilə mobil telefonlar istəyib. Zərərçəkmişlərin telefonlarını aldıqdan sonra isə adıçəkilən şəxs avtomobillərdən düşüb və qaçaraq uzaqlaşıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












