Taksi sürücüsü azərbaycanlı müğənniyə hücum etdi - Burnu qırıldı... - FOTO - VİDEO

Türkiyədə soydaşımıza qarşı taksi sürücüsü tərəfindən zorakılıq tətbiq olunması faktı sosial şəbəkəni ayağa qaldırıb.
Avtosfer.az xəbər verir ki, 10 ildir İstanbulda yaşayan Nərgiz Bağıyeva adlı ifaçı bu gün səhərə yaxın saatlarda maşını ilə gedərkən yol hərəkəti qaydasını pozan taksi ilə toqquşub.
Bu vaxt aralarında yaranan mübahisə zamanı sürücü onu vurub. Nəticədə qadının burnunda çat yaranıb, dodağı partlayıb və mobil telefonu qırılıb.

Nərgiz bütün bunları sosial şəbəkə hesabındakı izləyiciləri ilə bölüşüb:
"Sağımdan məni keçməyə çalışan adam maşınını avtomobilimin ön sağ hissəsinə vurdu. Maşınıma zərər dəydi. Mən həmin avtomobilə siqnallayanda dayandı və sürücü düşdü. Maşından enərkən mən ona "nə edirsən?" - deyəndə saçımdan tutub üzümü yumruqlamağa başladı.
Tezliklə tutulsun, cəzasını çəksin. 10 ildir burada yaşayıram. Universitetimi burada oxumuşam, əsl peşəm hüquqşünaslıqdır. Vəkillər Kollegiyasında qeydiyyatdayam. İlk dəfə belə bir hadisənin şahidiyəm. Adam tam bir axmaqdır. Qəza edib, həm günahkar, həm güclüdür".

Görüntüləri təqdim edirik:
Lent.az
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












