Taksi sürücüsü sərnişinini maşında gözlədib intihar etdi

Bakının Xaşaxuna bağları yaşayış massivində intihar hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Beyləqan rayonu sakini olan 34 yaşlı Cahid Sabir oğlu Məhəmmədli Qala qəsəbəsi yaxınlığındakı massivdə tikilməkdə olan evində özünü asıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, C.Məhəmmədli taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. O, hadisə baş verən gün sifariş götürüb. Onun müştərisi F.Məhərrəmova adlı qadın olub. Yolda olarkən C.Məhəmmədli sərnişininə yaxınlıqdakı evdə işinin olduğunu və bir neçə dəqiqəyə qayıdacağını bildirərək avtomobildən düşüb.
F.Məhərrəmova sürücünün daxil olduğu tikilidən çıxmadığını görərək maşından düşüb və ora yaxınlaşdıqda C.Məhəmmədlinin özünü asdığını görüb. Qadın dərhal polisə məlumat verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












