Taksi sürücüsünü öldürən şəxslərlə bağlı qərar

Ali Məhkəmədə taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Tərlan Məmmədov, Azər Mustafayev, Anar Ağabalayev, Rinad İsmayılov, Emin Cəfərzadə və Əyyub Cabbarovun barəsində olan hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2019-cu il iyunun 6-da saat 18 radələrində paytaxtın Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, “Mercedes-Benz” markalı avtomobildə 33 yaşlı Ədalət Ələkbər oğlu Əliyevin meyiti tapılıb. İlkin məlumata görə, Ədalət Əliyev baş nahiyəsinə küt alətlə endirilən zərbə nəticəsində ölüb. İyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Emin İldırım oğlu Cəfərzadə və 36 yaşlı Azər Adil oğlu Mustafayevi saxlayıblar. Daha sonra dəstənin digər üzvləri - Tərlan Məmmədov, Anar Ağabalayev, Rinad İsmayılov və Əyyub Cabbarov da tutulublar. Məlumata görə, Ədalət Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Məmmədov 12 il, Azər Mustafayev 18 il, Anar Ağabalayev 18 il, Rinad İsmayılov 12, Emin Cəfərzadə 19 il və Əyyub Cabbarov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












