Tanınmış aktrisa beynəlxalq axtarışa verildi - FOTO

Rusiya Federasiyası teatr, kino və televiziya aktrisası, açıq şəkildə müharibəyə qarşı çıxan Yana Troyanovanı beynəlxalq axtarışa verib.
Avtosfer.az bu barədə "Qaynarinfo"ya istinadla xəbər verir.
Rusiya İstintaq Komitəsinin bəyanatında bildirilir ki, Rusiyada "xarici agentlər, ekstremistlər və terrorçular” siyahısına salınmış aktrisa barəsində açılmış cinayət işinin istintaqı başa çatıb:
"Troyanovanın çıxışları rusiyalılara qarşı milli əlamətinə görə şərəf və ləyaqətin alçaldılmasına yönəlmişdi. O, beynəlxalq axtarışa verilib”.
Troyanova "Volçok”, "Jit” ("Yaşamaq”), "Kokoko”, "Strana OZ” filmləri və "Olqa” teleserialındakı rolları ilə tanınır. Müharibənin genişmiqyaslı başlanmasından sonra o, Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib, bunu cinayət adlandırıb və Rusiyanın Ukraynadan üzr istəməli, həmçinin təzminat ödəməli olduğunu vurğulayıb. Aktrisa həmçinin öz ölkəsinin hərəkətlərinə görə ukraynalılar qarşısında utanc hissi keçirdiyini, Rusiyanın təbliğatını və insanları sadəcə "top yemi” hesab edən hakimiyyəti qınadığını bildirib.

İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı












