Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmuş 56 əməkdaşla görüş keçirib.
Bu barədə Avtosfer.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
2025-ci ilin sentyabrında başlanmış proqram gələcək aviatexniklərin nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur. Təhsilin ilk iki ili Milli Aviasiya Akademiyasında (MAA) nəzəri hazırlığa, növbəti üç ili isə praktiki təlimə həsr olunub. B1 istiqaməti təyyarələrin konstruksiyası, mühərrikləri və mexaniki sistemlərinə, B2 istiqaməti isə elektrik, elektron, rabitə və naviqasiya sistemlərinə texniki xidmət üzrə ixtisaslaşmanı əhatə edir.
Görüş zamanı Azərbaycan Hava Yollarının İnsan Resursları İdarəsinin əməkdaşları və Texniki Xidmətin rəhbər heyəti iştirakçılara aviaşirkətin strateji prioritetləri, inkişaf perspektivləri və gələcək texniki mütəxəssislər qarşısında qoyulan peşəkar tələblər barədə məlumat veriblər. Həmçinin iştirakçıların gələcək karyera imkanları və aviasiya sahəsində peşəkar inkişafın əhəmiyyəti ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində təşkil olunan praktiki təlim isə korporativ dəyərlərin gündəlik iş prosesində tətbiqinə və hər bir əməkdaşın uçuş təhlükəsizliyi mədəniyyətinin formalaşmasında daşıdığı məsuliyyətə həsr olunub.
Proqram Azərbaycan Hava Yollarının texniki xidmət sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına, daxili kadr potensialının inkişafına və aviasiya əməliyyatlarının dayanıqlılığını təmin edən peşəkar komandanın formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir.
Azərbaycan Hava Yollarının fəaliyyəti ilə bağlı ən son xəbərlərlə aviaşirkətin rəsmi internet səhifəsində və mobil tətbiqində tanış olmaq mümkündür.



Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ












