Tanzaniyada təyyarə qəzasında 19 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin baş naziri Qassım Madjaliva istinadən məlumat yayıb.
Yerli “Citizen” qəzeti regional hakimiyyət orqanlarına istinadən yazıb ki, xilasedicilər qəzadan sonra 26 nəfəri sudan çıxara biliblər. Ümumilikdə, təyyarədə 39 sərnişin olmaqla 43 nəfər olub.
17:30
Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində azı 3 nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Tanzaniyanın “The Citizen” qəzeti məlumat yayıb.
Gölə düşən təyyarədən 26 nəfər xilas edilib.
Fransa-İtaliya istehsalı olan ATR 42-500 təyyarənin göyərtəsində 43 nəfər olub: 38 böyük sərnişin, 1 uşaq, 2 pilot və 2 digər ekipaj üzvü.
Tanzaniyanın ən böyük özəl hava yolu şirkəti "Precision Air"ə məxsus təyyarə ölkənin ən böyük şəhəri Dar əs-Salamdan havaya qalxıb. Eniş zamanı Bukoba hava limanının yaxınlığında güclü külək olub.
16:15
Tanzaniyada göyərtəsində 49 sərnişin olan “ATR 42-500” təyyarəsi Viktoriya gölünə qəza enişi edib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə “NRK.no” portalı məlumat yayıb.
“Precision Air” aviaşirkətinə məxsus təyyarə Dar-es-Salamdan Bukoba uçurmuş.
Artıq təyyarədə olan 49 nəfərdən 24- xilas edilib. Sərnişinlər arasında ölənlənin olub-olmadığı barədə hələlik məlumat verilməyib.
Xilasetmə əməliyyatları davam edir.
Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO
Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü - TƏFƏRRÜATLAR
Polis əməliyyat keçirdi: İnsanları zəhərləyənlər saxlanıldı - VİDEO
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO










