Tərtərdə 3 nəfər su kanalında itkin düşdü - YENİLƏNİB

Tərtər rayonunda kanalda boğularaq ölənin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, meyiti kanaldan tapılan Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.
Qeyd edək ki, Tərtərdə kanalda batan Bərdə sakinlərindən üç nəfəri FHN-nin əməkdaşları kanaldan çıxararaq xilas edib.
***18:25
Tərtərdə kanalda batan Bərdə sakinlərindən birinin meyti tapılaraq sudan çıxarılıb.
Avtosfer.az report-a istinadən xəbər verir ki, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb.
Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.
Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır
***17:45
Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Digər 3 şəxsdən isə xəbər yoxdur.
Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.(report)
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












